Qarabağdakı separatçılar Lavrova cavab verdi: Əsgərov və Quliyevi verməyəcəklər

Qarabağ separatçıları Ermənistanla Azərbaycanın girov və əsirlərin mübadiləsinə hazırlaşması ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dünənki bəyanatını inkar ediblər.

Belə ki, bu gün Qarabağ "prezidenti"nin köməkçisi David Babayan bəyan edib ki, erməni tərəfi təsadüfən qarşı tərəfə gəlib çıxmış əsirləri və girovları dəyişdirməyə hazırdır.

Ancaq Qarabağda Əsgərov və Quliyev belə şəxslər sayılmır, "onlar terrorçu və məhkəmə tərəfindən mühakumə edilmiş qatillərdir", - Babayan deyib.

"Biz bu adamları "mübadilə edə bilmərik". Kimsə bu yol ilə getməyə cəhd edərsə, bu, sosial-siyasi partlayışa səbəb ola bilər. Daha doğrusu, ola bilər yox, 100% olar, həm də gözlənilməz nəticələrlə", - o biıdirib.

Xatırladaq ki, 2014-cü ildə Əsgərov və Quliyev 1993-cü ildən ermənilərin işğalı altında olan Azərbaycanın Kəlbəcər rayonu ərazisində əsir götürülüblər.