Azərbaycan ordusunun əsgəri, Ağsu sakini Saleh Füzuli oğlu Dəmirov həlak olub.
Bu barədə Meydan TV-yə Ağsu sakinləri bildiriblər.
Onlar əsgərin hansı səbəbə həlak olması barədə dəqiq məlumatlarının olmadığını söyləyiblər.
Ağsu Rayon İcra hakimiyyətindən Meydan TV-yə faktı təsdiqləyiblər. Əsgərin rayonda dəfn edildiyini söyləyiblər:
"İlkin məlumatda deyilir ki, o, ürəktutmasından dünyasını dəyişib. Ancaq sonradan əlavə məlumat verilibmi, verilməyibmi, bilmirik".
Əsgər Saleh Dəmirov yanvarın 3-də hərbi xidmətini başa vurub evə qayıdacaqmış.
Daha bir əsgərin həlak olduğu deyilir
Oxşar xəbərlər