24 noyabrda II Qarabağ mitinqi olacaq. Bu barədə mitinqin Təşkilat Komitəsinin üzvü, sabiq baş nazir Pənah Hüseyn bildirib.
Onun sözlərinə görə, Qarabağ Komitəsinin bugünkü iclası belə qərar qəbul edib.
“- İclasda 24 noyabr tarixində Bakı şəhərində II Qarabağ mitinqinin keçirilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq müraciəti qəbul olundu.
- Qarabağ Komitəsi nümayəndə heyətinin Prezident İlham Əliyevə Qarabağ ətrafında yaranmış vəziyyətlə əlaqədar təkliflərlə bağlı görüş üçün müraciət etməsi məqsədəuyğun sayıldı.
- ATƏT- in Minsk qrupu həmsədrlərinin səfirlikləri qarşısında piketlər keçirilməsi qərara alındı.
- Milli Dirçəliş gününün 30 illiyi ilə bağlı Qarabağ Komitəsinin Dəyirmi Masa keçirməsi qərara alındı.
- Qarabağ Komitəsinin təşəbbüs qrupu, dayaq dəstələri və dəstək qrupları haqqında təlimat qəbul olundu”.
İkinci Qarabağ mitinqinin vaxtı elan olundu

Oxşar xəbərlər