14 March 2025

Premyer Liqa: "Araz-Naxçıvan" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib

Futbol üzrə Misli Premyer Liqasının XXVII turunun açılış oyununda "Araz-Naxçıvan" "Şamaxı" ilə qarşılaşıb.

"Liv Bona Dea Arena"da baş tutan matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Hesabı meydan sahiblərindən 39-cu dəqiqədə Bernardo Diaş açıb. 68-ci dəqiqədə isə Cəlal Hüseynov qarşılaşmanın yekun hesabını müəyyənləşdirib.

Naxçıvan təmsilçisi 47 xalla üçüncü, qonaqlar 28 xalla altıncı pillədə qərarlaşıb.

İŞİD-in Suriya və İraqdakı lideri öldürülüb

İŞİD-in Suriya və İraqdakı lideri öldürülüb.

Bu barədə İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani bildirib.

Onun sözlərinə görə, İŞİD terror qruplaşmasının İraq və Suriyadakı lideri Əbu Xədicə kimi tanınan Abdullah Maki Musleh əl-Rifai öldürülüb.

Əməliyyatı İraq təhlükəsizlik qüvvələri ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə birgə həyata keçirib.

Ayətullah Cavadi Amuli: Əhli-Beyt (ə) təlimləri sabit və dəyişməzdir

Ayətullah Cavadi Amuli: “Bəzi ictimai inkişaflar və həyat tərzindəki dəyişikliklər, məsələn, yemək yeyərkən əl əvəzinə qaşıqdan istifadə, geyimdə və ya həyatın digər təfərrüatlarında dəyişiklik dəyişkəndir və zaman və məkana tabedir, lakin dinin əsasları və Əhli-Beyt (ə) təlimləri sabit və dəyişməzdir.”

AB ilə ABŞ arasında ticarət müharibəsi avropalılara necə təsir edəcək?

Atlantik okeanının hər iki tərəfində yeni bir “ticarət müharibəsi” başlaya bilər. Bəs bu, vətəndaşlar üçün nə deməkdir?

ABŞ və Aİ ərazilərində yeni ticarət müharibəsinin “xəyalı” yenidən dolaşır. ABŞ martın 12-də polad və alüminium idxalına 25 faizlik gömrük rüsumları tətbiq etdi və Aİ buna qarşı tədbirlərlə cavab verib.

Avropa Komissiyasının sədri Ursula von der Leyen tariflərin "biznes üçün pis və istehlakçılar üçün daha da pis olduğunu" söyləyib.

Nyu Yorkda Qəzza etirazı; 98 şəxs həbs olundu

150-dən çox Fələstin tərəfdarı Nyu Yorkdakı Trump Tower binasına önündə etiraz aksiyası keçirib. Aksiya Kolumbiya Universitetinin tələbəsi, Fələstin tərəfdarı etirazlara rəhbərlik edən və HƏMAS tərəfdarı fikirlərinə görə həbs və deportasiya təhlükəsi ilə üzləşən Mahmud Çəlilin xatirəsinə keçirilib. Aksiya zamanı polis 98 nəfəri saxlayıb.

ABŞ-ın Nyu-York şəhərində 150-dən çox fəal fələstinli tələbə Mahmud Çəlil üçün etiraz aksiyası keçirib.

Məqsəd Qolan Təpələri... 100 druz lideri İsrail missiyasında

Suriyadakı druzların cümə günü İsrailin işğal etdiyi Qolan təpələrinə səfər edəcəyi gözlənilir.

Suriyada yaşayan druzlardan 100-ə yaxın önəmli şəxsin İsrailin işğalı altında olan Qolan təpələrinə səfər edəcəyi bildirilir.

Reuters agentliyinin məlumatına görə, druzlar cümə günü bölgədəki dini ziyarətgahı ziyarət etmək üçün Şeyx Müvəffək Tarif və icmanın digər nümayəndələri ilə görüşəcəklər.

HTŞ terrorçularının vəhşiliyi və dünyanı lərzəyə gətirən suriyalı ana

Zərka Səbahiyə hekayəsi Suriya müharibələri tarixində başqa bir rəqəm deyil, vəhşiliyin təkcə bədəni öldürmədiyini, həm də insan ləyaqətini oğurlamağa çalışdığını xatırladır.

Suriyada illərdir davam edən müharibənin qeyri-insani siması bir daha üzə çıxsa da, Heyət Təhrir əş-Şam (HTŞ) rejimi yaraqlılarının lentə aldığı şok görüntülər müharibənin dəhşətlərini üzə çıxarıb.

Çin diplomatik heyəti İmam Əlinin (ə) hərəmini ziyarət edib

Çin Xalq Respublikasının İraqdakı səfirliyindən Çinin Bağdaddakı səfirliyinin müvəqqəti işlər vəkilinin başçılıq etdiyi nümayəndə heyəti Şiələrin müqəddəs hərəmi, İmam Əlinin (ə) müqəddəs məqbərəsini ziyarət edib. Görüş zamanı İnfrastrukturun və zəvvarlara göstərilən xidmətlərin gücləndirilməsi istiqamətində müqəddəs ziyarətgah tərəfindən həyata keçirilən layihələrə baxış keçirilib.

İran, Çin və Rusiya Tehranın nüvə məsələsini müzakirə edib

İranın nüvə problemi ilə bağlı Pekində keçirilən Çin-Rusiya-İran görüşündən sonra tərəflər birgə bəyanat yayıb.
 

Bu barədə "Global Times" məlumat yayıb.

Bəyanatda bütün qeyri-qanuni birtərəfli sanksiyalara son qoymağa çağırış edilib:

“Çin, Rusiya və İran bütün qeyri-qanuni birtərəfli sanksiyalara son qoyulmasının vacibliyini vurğulayıblar. Onlar müvafiq tərəfləri əsas səbəbləri aradan qaldırmağa, sanksiyalardan, təzyiq taktikalarından və güc təhdidlərindən əl çəkməyə çağırıblar”.