Məqsəd Qolan Təpələri... 100 druz lideri İsrail missiyasında

Suriyadakı druzların cümə günü İsrailin işğal etdiyi Qolan təpələrinə səfər edəcəyi gözlənilir.

Suriyada yaşayan druzlardan 100-ə yaxın önəmli şəxsin İsrailin işğalı altında olan Qolan təpələrinə səfər edəcəyi bildirilir.

Reuters agentliyinin məlumatına görə, druzlar cümə günü bölgədəki dini ziyarətgahı ziyarət etmək üçün Şeyx Müvəffək Tarif və icmanın digər nümayəndələri ilə görüşəcəklər.

İsrail hələlik səfərlə bağlı açıqlama verməsə də, agentlik druzların səfərini Əsəd rejiminin devrilməsindən sonra İsrailin onlara verdiyi dəstəyin son göstəricisi kimi qiymətləndirib.

Əl-Ərəbiyyə telekanalı çərşənbə günü bildirib ki, İsrail tərəfindən işğal olunmuş Suriyanın Hadar kəndindən olan druz din adamları İsrailə səfər etmək istəyirlər.

Kanal həmçinin bildirib ki, Suriya hökuməti kənd sakinlərini səfərdən imtina etməyə çağırıb.

İşğalçı İsrail ordusu ilə koordinasiyalı şəkildə təşkil edilən səfərin İsraildəki druz icmasının şeyxi Akil Müvəffək Tarifin kəndlilərə təzyiq etdiyi də bildirilib.

Suriyada druzlara qarşı hücumlar olduğunu iddia etdiyi kontekstdə İsrail son həftələrdə Suriyadakı druzları qorumağa hazır olduğunu dəfələrlə bəyan edib. Suriya hökuməti isə bu “qorunmanı” Suriyanın suverenliyini pozmaq üçün bəhanə hesab edir.