05 March 2025

Əfv komissiyasının baxdığı müraciətlərin sayı 300-ü keçib

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilb.

Bu barədə Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O qeyd edib ki, iclasda 100-dən çox müracətə baxılıb:

"Müraciətlər müzakirəyə çıxarılıb. Səsvermə nəticəsində qərarlar qəbul edildi. Komissiyanın növbəti iclası yaxın günlərdə keçiriləcək". 

Vilayətidən Türkiyəyə xəbərdarlıq

Ayətullah Xameneinin müşaviri Vilayəti Tehranın "şişirdilmiş ritorika" qarşısında səssiz qalmayacağını bildirib və Türkiyəni "diplomatik nəzakətə riayət etməyə" çağırıb.

Əli Əkbər Vilayəti bir televiziya kanalında verdiyi açıqlamada, "İran qədim sivilizasiyaya malik qüdrətli bir ölkədir və həmişə regional təhlükəsizlik və əməkdaşlığı hədəfləyir" deyib və bildirib ki, Tehran şişirdilmiş ritorika qarşısında səssiz qalmayacaq.

İsrail Hizbullah komandirinin şəhid olduğunu iddia edir

İsrail ordusu Livanın Tir bölgəsinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edərək Hizbullahın baş komandiri Heydər Haşimi şəhid etdiyini iddia edib.

Atəşkəsə baxmayaraq, İsrail Livana hücumlarını davam etdirir. Sionist ordusunun bəyanatına əsasən, Hizbullahın Radvan Qüvvələrinin dəniz əməliyyatlarına cavabdeh olan Haşim dəniz yolu ilə təşkilata silah qaçaqmalçılığı və İsrailə qarşı hücumlar planlaşdırmaqda günahlandırılıb.

Azərbaycan Avropada həbsdə olan jurnalist sayına görə ikincidir

Azərbaycan həbsdə olan jurnalist sayına görə Avropada Belarusdan sonra ikinci yerdədir. Ötən il dekabrın 31-dək Avropada 159 jurnalist həbsdə olub. Onların 44-ü Belarusun, 30-u Azərbaycanın, 29-u Rusiyanın (28-i Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində), 27-si Türkiyənin və 1-i Gürcüstanın payına düşür. Avropa Şurasının Jurnalistikanın qorunması və jurnalistlərin təhlükəsizliyi üzrə platforması martın 5-də illik hesabatını açıqlayıb.

Daha bir MBH üzvünə hökm oxundu; Həbsdə olan hərəkat üzvülərinin sayı 69-a yüksəldi

Bakı Ağır Cinayətlər Məhkəməsi daha bir inanclıya hökm oxudu. Martın 5-də yekunlaşan iclas Müsəlman Birliyi Hərəkatının üzvü Qulubəyli Təbriz Arif oğlu barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxıldı.

"Neftçi" "Kəpəz" səfərində

Bu gün Misli Premyer Liqasında XXV tura yekun vurulacaq.

Son oyun günündə bir qarşılaşma keçiriləcək.

"Neftçi" səfərdə "Kəpəz"in qonağı olacaq. Tovuz şəhər stadionunda reallaşacaq görüş saat 17:00-da başlayacaq.

Turnir cədvəlində qonaq komanda 27 xalla 6-cı, nominal meydan sahibləri isə 19 xalla 9-cu sırada qərarlaşıb.

Əl-Əzhər Şeyxi: “Mən nə siyasətçi, nə diplomat, nə də hərbçi deyiləm, ancaq xalqın içində gəzən, millətinin ağrı-acısını daşıyanlardanam”.

“Müsəlmanların duaları və məzlumlara kömək etmək üçün Uca Allaha duaları güclü və danılmaz təsirə malikdir.”

Şeyx Əhməd Əl-Tayyib Misirin ON kanalına müsahibəsində deyib: “Mən nə siyasətçiyəm, nə diplomat, nə də hərbçi; amma mən xalqın içində gəzən, millətinin ağrı-acısını daşıyan adamlardanam.

İƏT Baş Katibi: Fələstinliləri didərgin salmaq planı müharibə cinayətidir

İslam Əməkdaşlıq Təşkilatının baş katibi yenidənqurma prosesinin başlanmasının, Fələstin Dövlətinin tanınmasının və onun Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzvlüyünün dəstəklənməsinin vacibliyini vurğulayıb.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha çərşənbə axşamı günü çıxışında İsrail rejimin işğalı və təcavüzü ilə bağlı çətinliklərlə mübarizədə İslam həmrəyliyi və əməkdaşlıq ruhuna sadiqliyin vacibliyini vurğulayıb.

Neft Emalı Zavodunda yanğın söndürülüb

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Ankaranın İranı tənqid etməsindən sonra Türkiyə və İran bir-birilərinə qarşı narazılıqlarını dilə gətirib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranın Suriyada və başqa yerlərdə yarı-hərbi qruplara dəstək siyasətini tənqid etdikdən sonra İran və Türkiyə bir-birinin diplomatlarını müzakirələr üçün xarici işlər nazirliklərinə çağırıblar.

“Abzas Media”nın jurnalistləri etiraz olaraq yenə məhkəmədə iştirak etməyiblər

“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova martın 4-nə təyin olunan məhkəmə prosesində də iştirakdan imtina ediblər.

Onlar etiraz olaraq bundan əvvəkli iki məhkəmə prosesinə də qatılmayıblar. 

Rəsmi Bakı BMT-nin Azərbaycandakı 4 ofisini bağlamaq istəyir

Rəsmi Bakı BMT-nin dörd ofisinin - BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycanda ofislərinin bağlanması təklifi ilə çıxış edib.

APA-nın məlumatına görə, Azərbaycan hökuməti artıq BMT-nin 4 yerli ofisi ilə yanaşı Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) də yerli nümayəndəliyinin bağlanması ilə bağlı bildiriş göndərib.