Bakı Ağır Cinayətlər Məhkəməsi daha bir inanclıya hökm oxudu. Martın 5-də yekunlaşan iclas Müsəlman Birliyi Hərəkatının üzvü Qulubəyli Təbriz Arif oğlu barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxıldı.
Hakim Elmir Rüstəmov tərəflərin vəsadətlərini araşdıraraq sonra qərarı elan edib. O, ittihama uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Təbriz Qulubəylini 3 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Təbriz Qulubəyli 2024-cü ilin aprelin 8-də saxlanılmış və barəsində saxta narkotiklərlə bağlı ittiham irəli sürülmüşdü.
Daha bir MBH üzvünə hökm oxundu; Həbsdə olan hərəkat üzvülərinin sayı 69-a yüksəldi