İƏT Baş Katibi: Fələstinliləri didərgin salmaq planı müharibə cinayətidir

İslam Əməkdaşlıq Təşkilatının baş katibi yenidənqurma prosesinin başlanmasının, Fələstin Dövlətinin tanınmasının və onun Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzvlüyünün dəstəklənməsinin vacibliyini vurğulayıb.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha çərşənbə axşamı günü çıxışında İsrail rejimin işğalı və təcavüzü ilə bağlı çətinliklərlə mübarizədə İslam həmrəyliyi və əməkdaşlıq ruhuna sadiqliyin vacibliyini vurğulayıb.

Taha ərəb liderlərinin Qahirədə keçirilən fövqəladə iclasındakı çıxışında Fələstin xalqının öz torpaqlarından didərgin salınmasına yönəlmiş istənilən bəyanat və planları pisləyib və bunu beynəlxalq hüquqa əsaslanan etnik təmizləmə nümunəsi və hərbi cinayət hesab edib.

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini (UNRWA) ləğv etmək səylərinə qarşı xəbərdarlıq edən Taha, Fələstin məsələsində son zamanlar baş verən təhlükəli hadisələrə toxunaraq, Fələstin xalqını dəstəkləmək, dərhal, daimi və hərtərəfli atəşkəs əldə etmək, İsrail qüvvələrinin geri çəkilməsi və ən çox əziyyət çəkən Fələstin xalqının işğalına son qoyulması üçün əməli tədbirlər görülməsinə çağırıb.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi həmçinin yenidənqurma prosesinin başlanmasının, Fələstin dövlətinin tanınmasının və onun BMT-yə tamhüquqlu üzvlüyünün dəstəklənməsinin vacibliyini vurğulayıb.