05 January 2025

1000-dən çox yük maşını Türkiyə-İran sərhədində niyə gözləyir?

İran və Türkiyə arasında yol nəqliyyatı sektorunda görülən qarşılıqlı tədbirlər və hər iki ölkənin təcrübələri nəqliyyatçılar və sürücülər üçün yeni çətinliklər yaradıb. İranlı mənbələr Türkiyə rəsmiləri ilə danışıqların davam etdiyini və problemin qısa müddətdə həllini gözlədiklərini bildiriblər.

İsrailli əsirlərin ailələri: Biz HƏMAS ilə dərhal əsir mübadiləsi razılaşmasına nail olmağı tələb edirik

Liri Elbacın (Qəzzədə əsir götürülən israilli qadın əsgər) bugünkü videomüraciətindən sonra Qəzzədəki sionist əsir ailələri birliyi bəyanat yayaraq vurğulayıb: “Lari Elbacın sağ olması bütün əsir götürülmüş şəxslərin dərhal geri qaytarılmasının vacibliyinə güclü sübutdur.”

Bəyanatın davamında bildirilib: “Trampın təyin etdiyi son tarixə 16 gün qalıb və biz bu tarixi fürsəti əldən verməməliyik.”

İsrail KİV-i: Suriya beş yerə bölünməlidir

İbrani mediası İsrailin maraqlarının Suriya adlı bir ölkənin parçalanması və məhv edilməsi olduğunu bildirərək, bu ölkənin beş bölgəyə bölünməsi lazım olduğunu açıqlayıb.

“Yedioth Ahronoth” qəzetinin təhlilçi yazarı Rami Samini bu mövzuda məqalə yazaraq Suriyanın əslində süni bir ölkə olduğunu və parçalanması lazım olduğunu müdafiə edib. Saminiyə görə, Suriyanın yaşamaq hüququ yoxdur və əslində ərəb dövləti və ya etnik dövlət deyil.

Azərbaycan, Qazaxıstan və Özbəkistan: Rusiya ilə artan gərginliklər və regional nəticələr

Rusiya ilə bir neçə keçmiş sovet respublikası arasındakı gərginlik “qaynama nöqtəsinə çatıb”, getdikcə Azərbaycan, Qazaxıstan və Özbəkistanın Moskva rəhbərliyilə münasibətlərində daha çox ziddiyyət yaranır. Son həftələrdə üç ölkə rusiyalı məmurların hərəkətlərini açıq şəkildə tənqid edərək regional dinamikanın dəyişdiyinə işarə etdilər.

Cənubi Koreyada minlərlə insan vəzifəsindən uzaqlaşdırılan Yoonun həbsini tələb etmək üçün küçələrə axışıb

Şənbə günü izdiham Yoonun həbsini tələb etmək üçün toplaşarkən, Seul iqamətgahı qarşısında devrilmiş prezidentin 1000-ə yaxın tərəfdarı tərəfindən növbəti nümayiş keçirilib.

Şənbə günü minlərlə etirazçı Seulun mərkəzi küçələrinə çıxaraq ölkədə görünməmiş siyasi böhrana səbəb olan hərbi vəziyyətin uğursuz elan edilməsinə görə vəzifəsindən uzaqlaşdırılan Cənubi Koreya prezidenti Yoon Suk-yeolun dərhal həbsini tələb edib.

Əsir götürülmüş İsrailli qadın öz hökumətinə müraciət etdi: Bizi öldürmək istəyirsiniz?

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları israilli qadın məhbusun İsrail hökuməti və ordusu tərəfindən diqqətdən kənarda qalmasından narazılıqlarını ifadə edərək, "Bizi öldürmək istəyirsinizmi?" deyib.

Videoda 19 yaşlı israilli məhbus Liri Albaq ailəsinə və İsrail hökumətinə müraciət edərək, "450 gündür Qəzzada məhbusam və həyatım dayanıb. Bu gün yeni ilin başlanğıcıdır. Bütün dünya yeni ili qeyd etməsinə baxmayaraq, biz qaranlıq bir ilə qədəm qoyduq.

İranın Livandakı səfirinin Beyrut hava limanında baş verən insidentlə bağlı açıqlama verib

İranın Livandakı səfiri Beyrut hava limanında baş verən son insidentlə bağlı danışıb.

Ötən gecə Livanın əl-Mənar kanalı Tehrandan Beyruta uçan təyyarənin sərnişinlərinin Livanın Rafiq Həriri hava limanına çatdıqları zaman ciddi və qeyri-adi axtarış və nəzarətə məruz qaldıqlarını bildirib.

İran səfiri vəziyyətin məlumatsızlıqdan qaynaqlandığını və İrandan gələn bildirişlərlə aradan qaldırıldığını söyləyib.

Moldova baş naziri Rusiya qazının kəsilməsindən sonra təhlükəsizlik böhranı barədə xəbərdarlıq edir

Moldova təhlükəsizlik böhranı yaşayır. Bunu cümə günü Dnestryanı bölgədə zavodların bağlanması, mərkəzi istilik sisteminin məhdudlaşdırılması və mərhələli elektrik kəsintiləri ilə üzləşdiyi bir vaxt Moldova Baş Naziri Dorin Recean bildirib.

Yeni il günü Ukrayna üzərindən Mərkəzi və Şərqi Avropaya Rusiya qazının axını dayandırılıb. Bu, müharibə vəziyyətində olan ölkələr arasında tranzit razılaşmasının müddəti bitdikdən və Kyivin Moskva ilə iş aparmaqdan imtina etməsindən sonra baş verib.

“Mançester Siti” qələbə qazanıb, “Çelsi” və “Arsenal” xal itirib

İngiltərə Premyer Liqasında XX tura start verilib.

Operativtv Apasport-a istinadən xəbər verir ki, ilk matç Londonda baş tutub.

"Tottenhem" "Nyukasl"ı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Liderlər qrupunda qərarlaşan "Çelsi" və "Arsenal" isə yenə xal itiriblər. Hər iki komanda səfərdə heç-heçə edib.

Pakistanda avtobus partladılıb: 4 nəfər ölüb, 30-dan çox şəxs yaralanıb

Pakistanın Bəlucistan əyalətinin Turbat şəhəri yaxınlığında avtobusda baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 32 nəfər yaralanıb.

Bu barədə Pakistanın “DAWN” agentliyi məlumat yayıb.

Məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb. Onlardan beşinin vəziyyəti ağırdır.