23 November 2023

EEVZA: Azərbaycan millisi ardıcıl dördüncü məğlubiyyətini alıb

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında ardıcıl dördüncü oyununda məğlub olub.

Reportun məlumatına görə, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv bu dəfə Litva ilə bacarmayıb.

Əvvəlki turlarda Latviya, Ukrayna və Estoniyaya 0:3 hesabı ilə uduzan millimiz litvalılara da eyni hesabla yenilib - 0:3 (7:25, 14:25, 13:25).

MİT MOSSAD-a casusluq edən iki nəfəri həbs etdi

İsrail kəşfiyyatı adından Türkiyədə casusluq etdiyi aşkarlanan iki şübhəli həbs edilib. Şübhəlilərdən birinin İstanbul hava limanında tutulub. Türkiyədə yaşayan fələstinli proqram təminatı istehsalçısı Omar A. ilə iş görmək bəhanəsi ilə əlaqə saxlayaraq İsrail kəşfiyyatı adına casusluq etdikləri səbəbi ilə saxlanılan şübhəlilər Nikola Radonjic və Foad Osama Foad Hıjaz həbs edilib.

BMT Qəzza zolağında aclıq təhlükəsi barədə xəbərdarlıq edib

BMT-nin Ümumdünya Ərzaq Proqramı-nın icraçı direktoru Sindi Makkeyn bildirib ki, Qəzza zolağındakı mülki əhali "birbaşa aclıq təhlükəsi ilə üzləşir".

"Qəzzaya qida və su təchizatı demək olar ki, çatmır. Sərhəddən lazım olan təşhizatın çox az hissəsi keçir" - deyə, mərhum senator Con Makkeynin həyat yoldaşı Sindi Makkeyn bildirib.

Jurnalistlər "Abzas Media"nın işi üzrə şahid qismində dindirilib

Noyabrın 23-də jurnalistlər Sahilə Aslanova və Nərgiz Absalamova "Abzas Media" ilə bağlı açılan cinayət işi üzrə şahid qismində Bakı Şəhər Baş Polis İdarəsinə çağırıblar.

Sahilə Aslanova 3 saat dindirilmədən sonra idarədən sərbəst buraxılıb. Jurnalistin sözlərinə görə istintaq sirri olduğu üçün dindirilmədə hansı sualların verildiyi barədə məlumat verə bilməz:

“Abzas Media”ya qarşı həbslər onların fəaliyyətlərinə qarşı siyasi təzyiqdir

Ölkədə ciddi senzuraya məruz qalan medianın fəaliyyəti azad düşüncənin təzyiq altında saxlanılaraq əzilməsinin başlıca amilidir. Heç təsadüfi deyildir ki, dünyada azadlıqlar indeksi məhz başlıca olaraq mətbuat-media azadlığının vəziyyəti ilə səciyyələnir. Təəssüf ki, ölkəmizdə medianın hakimiyyətin buxovu altında olan ağır durumu həqiqətlərin söylənilməsi üçün güc göstərən azad mətbuat orqanlarını əzməkdə davam edir.

Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 5-ci yeri tutub

Azərbaycan ağırlıqqaldıranı Əli Şükürlü Meksikanın Qvadalaxara şəhərində keçirilən gənclər arasında dünya birinciliyində 5-ci yeri tutub.

Report xəbər verir ki, 109 kq çəki dərəcəsində mübarizə aparan idmançı 360 kq (164+196) nəticə göstərib.

Qeyd edək ki, dünya birinciliyində 70-ə yaxın ölkədən 310 (171 kişi + 139 qadın) atlet çıxış edib.

Taxta bazarındakı yanğının söndürülməsinə 20 xüsusi texnika və 85 canlı qüvvə cəlb olunub

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğınla mübarizə tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən verilən məlumata görə, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.

Nəsrullah HƏMAS rəsmisi ilə görüşüb

Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, Nəsrullah HƏMAS-ın Livandakı Ərəb və İslam Dünyası ilə Əlaqələr İdarəsinin rəhbəri Xəlil əl-Həyyi ilə görüşüb.

Görüşdə İsrailin hücumlarının davam etdiyi oktyabrın 7-dən bu yana baş verənləri müzakirə edib və “bütün müqavimət cəbhələrində, xüsusən də Qəzza zolağında mövcud mövqeləri, inkişafları və imkanları dəyərləndirib”.

Yəmən ordusu işğal altındakı Əylat bölgəsini hədəfə alıb

Yəmən ordusu işğal altındakı Əylat bölgəsini qanadlı raketlərlə hədəfə aldığını açıqlayıb.

Yəmən ordusunun silahlı qüvvələri İsrailin işğal etdiyi Fələstinin cənubunda yerləşən Umm ər-Rəşraş (Əylat) və İsrail rejiminin müxtəlif hərbi hədəflərinə qarşı yeni raket hücumları həyata keçirdiklərini açıqlayıb.

İranın xarici işlər naziri Beyrutda Müqavimət Liderləri ilə görüşüb

 İranın xarici işlər naziri Əmir Abdullahiyan Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nahalə və HƏMAS-ın Ərəb və İslam Dünyası ilə Əlaqələr İdarəsinin rəhbəri Xəlil əl-Həyyə ilə görüşü çərçivəsində Beyrutda görüşüb. Görüş zamanı Qəzzada baş verən son hadisələr və bölgədə gözlənilən atəşkəs prosesi müzakirə edilib.

Bakıda Fələstinə dəstək verən xanımlar cərimə olunaraq sərbəst buraxılıb

18 Noyabr Bakının mərkəzində Fələstin bayrağını şarlarla birlikdə göylərə qaldıran xanımlar, Arzu Hüseynova və Nübar Həsənova iki gün sonra 25-ci Polis bölməsinin polisləri tərəfindən saxlanılıblar. Polislər tərəfindən kimlikləri müəyyən edilən xanımlar evlərindən saxlanılaraq idarəyə gətirilib. Bu barədə məlumatı saxlanılan xanımların yaxınları bildirib.