EEVZA: Azərbaycan millisi ardıcıl dördüncü məğlubiyyətini alıb

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında ardıcıl dördüncü oyununda məğlub olub.

Reportun məlumatına görə, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv bu dəfə Litva ilə bacarmayıb.

Əvvəlki turlarda Latviya, Ukrayna və Estoniyaya 0:3 hesabı ilə uduzan millimiz litvalılara da eyni hesabla yenilib - 0:3 (7:25, 14:25, 13:25).

Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.