Yəmən ordusu işğal altındakı Əylat bölgəsini hədəfə alıb

Yəmən ordusu işğal altındakı Əylat bölgəsini qanadlı raketlərlə hədəfə aldığını açıqlayıb.

Yəmən ordusunun silahlı qüvvələri İsrailin işğal etdiyi Fələstinin cənubunda yerləşən Umm ər-Rəşraş (Əylat) və İsrail rejiminin müxtəlif hərbi hədəflərinə qarşı yeni raket hücumları həyata keçirdiklərini açıqlayıb.

Yəmən silahlı qüvvələri bu ölkənin raket bölmələrinin işğal olunmuş Fələstinin cənubunda sionist rejimin Ümm-ər-Rəşraşdakı hərbi hədəflərinə qarşı çoxlu sayda qanadlı raketlər atdığını açıqlayıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri sionist rejimə qarşı hücumların Qəzzada müharibə tamamilə dayandırılana qədər davam edəcəyini vurğulayıb və əlavə edib: İsrailin Qəzza zolağında və İordan çayının qərb sahilində fələstinlilərə qarşı təcavüzü bitənə qədər hərbi əməliyyatlarımızı davam etdirəcəyik.

Yəmən Hərbi Dəniz Qüvvələri daha əvvəl vurğulamışdı ki, sionist rejim Qəzzəyə qarşı təcavüzünü dayandırana və Fələstin xalqına qarşı qətllərə son qoyana qədər İsrailə bağlı və mənsub olan gəmi və maraqlara qarşı hərbi əməliyyatlar davam edəcək.