Ölkədə ciddi senzuraya məruz qalan medianın fəaliyyəti azad düşüncənin təzyiq altında saxlanılaraq əzilməsinin başlıca amilidir. Heç təsadüfi deyildir ki, dünyada azadlıqlar indeksi məhz başlıca olaraq mətbuat-media azadlığının vəziyyəti ilə səciyyələnir. Təəssüf ki, ölkəmizdə medianın hakimiyyətin buxovu altında olan ağır durumu həqiqətlərin söylənilməsi üçün güc göstərən azad mətbuat orqanlarını əzməkdə davam edir.
Belə mətbu orqanlarından biri olan “Abzas Media” ifşaedici layihələri ilə yanaşı ölkədə baş verən hadisələrə qərəzsiz obyektiv münasibət göstərməklə həmişə hakimiyyətin hədəfində olanlar sırasındadır. Onun təsisçi, baş redaktor və drektor müavininə qarşı həbslə müşahidə olunan reperessiya aktının gerçəkləşməsi də məhz onların fəaliyyətinə ünvanlı atılmış addımdır.
Biz Müsəlman Birliyi Hərəkatı olaraq “Abzas Media”ya qarşı genişlənən həbsləri ölkədə azad söz və azad mediaya qarşı hakimiyyətin siyasi təzyiqi olaraq qiymətləndirir, həbs olunan media ailəsinin hər üç üzvünə azadlıq tələb edirik.
Müsəlman Birliyi Hərəkatı.
“Abzas Media”ya qarşı həbslər onların fəaliyyətlərinə qarşı siyasi təzyiqdir