Tale Bağırzadədən AXCP ailəsinə baş sağlığı

 

Müsəlman Birliyi Hərəkatının sədri ilahiyyatçı Hacı Tale Bağırzadə həbsxanadan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nərimanov Rayon Şöbəsinin sədri, Qarabağ qazisi, keçmiş siyasi məhbus Babək Həsənovun vaxtsız ölümü ilə bağlı baş sağlıq məktubu yazıb. Yazıda deyilir:

"Vətənini, xalqını sevən, mübariz ruhlu, gözəl qəlbə malik Babək Həsənov dünyasını dəyişmə xəbəri həqiqətən də üzücüdür. Onun uzun zaman sürən xəstəliyi parlaq bir ömrə nöqtə qoyaraq mənalı həyat səhifəsini qapasa da, Babək bəy onu tanıyan, sevənlərin qəlbində yaşayacaq bir özəlliyə malikdir. 
Biz başda Əli bəy Kərimli olmaqla bütün AXCP ailəsinə Qarabağ qazisi Babək Həsənovun vəfati ilə bağlı baş sağlığı verir, Allahdan ailəsinə, yaxınlarına səbr diləyirik.
Allah rəhmət eləsin.

Hacı Tale Bağırzadə."