05 November 2022

Nigeriyada icmalararası toqquşmalarda 18 nəfər ölüb

Nigeriyanın mərkəzi hissəsində icmalararası toqquşmalarda azı 18 nəfər ölüb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Benue əyalətinin rəsmisi Nataniel İkur bildirib ki, fulani icmasından bir qrup silahlı şəxs noyabrın 3-ü axşam saatlarında Ukohol kəndinə hücum edərək həmin vaxt bazarda olan 18 nəfəri güllələyib. Ölənlər arasında qadınlar və uşaqlar da var.

Əfqanıstanın milli qəhrəmanı Əhməd Şah Məsudun qəbri yenidən dağıdılıb

Əfqanıstanın milli qəhrəmanı Əhməd Şah məscidin Pəncşirdə yerləşən məzarının qəbir üstü daşı yenidən dağıdılıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, ötən gün Pəncşirdə Əhməd Şah Məscidin məzarının üzərindəki qəbir üstü baş daşı sındırılıb.

Yerli mənbələr bunu Talibana nisbət veriblər.

Məkkə və Mədinədə koronavirüs pandemiyasına aid bütün məhdudiyyətlər ləğv edilib

Məscidul-Haram və Peyğəmbər (s.ə) məscidlərində koronavirüs pandemiyasına aid məhdudiyyətlərin hamısı aradan qaldırılıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, koronavirüs pandemiyası ilə bağlı vəziyyət adiləşəndən sonra Mədinədə Peyğəmbər (s.ə) məscidində və Məkkədə Məscidul-Haramda bütün məhdudiyyətlər ləğv edilib.

Dövlət Xidməti: Şəkidəki Zəyzid və Küngüt abidələrinin bərpası planlaşdırılır

Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən Zəyzid məbədi və Baş Küngüt kəndində yerləşən Küngüt məbədi tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir. Zəyzid qalası və qədim qəbiristanlıq isə yeni aşkar edilmiş abidə qismində qeydə alınıb.

Operativtv.com bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

İmran Xan Şahbaz Şərifi sui-qəsd cəhdində əli olmaqda ittiham edib

Pakistanın keçmiş baş naziri İmran Xan “hazırkı baş nazir Şahbaz Şərif, daxili işlər naziri Rana Sanaullah və digər yüksək rütbəli ordu komandirini ayağından vurulması ilə nəticələnən uğursuz sui-qəsd cəhdini planlaşdırmaqda” ittiham edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Xan hücumun ardından xəstəxanaya aparıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edərkən, "bu üçü məni öldürmək qərarına gəliblər", deyə iddia irəli sürüb.

Məhkəmə Əvəz Zeynallının prokurorluğa qarşı iddiasını təmin etməyib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, noyabrın 4-də Binəqədi rayon məhkəməsində jurnalist Əvəz Zeynallının istintaq müddətində ona görüş və telefon danışıqlarını qadağan edən Baş Prokurorluğun İstintaq İdarəsinə qarşı şikayətinə baxılıb.

Vəkil Fəxrəddin Mehdiyevin Turan-a verdiyi məlumata görə, istintaq orqanının nümayəndəsi "bunu istintaq sirrinin yayılması ehtimalı" ilə əsaslandırıb.

İran XİN rəhbəri: ABŞ nüvə sazişi ilə bağlı xoş niyyətli olduğunu göstərməlidir

“Amerika sübut etməlidir ki, onun yaxşı niyyəti, real iradəsi var. Göstərməlidir ki, danışıqlardan vaxt itirmək və öhdəliklərini pozmaq üçün başqa bəhanə tapmaq və bu ölkənin təəssüf ki, aludə olduğu sanksiyaları davam etdirmək üçün istifadə etməyə çalışmır.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

Bu gün Xanım Məsumənin (s.ə.) vəfat günüdür

Şiələrin səkkizinci imamı həzrəti Rza əleyhissalamın bacısı həzrəti Məsumə salamullah ələyha, hicrətin 173-cü ili, zilqədə ayının biri, müqəddəs Mədinə şəhərində dünyaya gəlmişdir. 
 Adı Fatimə, məşhur ləqəbi isə Məsumədir. Atası, şiələrin yeddinci imamı həzrəti Musa ələyhissalam, anası xanım Nəcimə salamullah ələyhadır.
 Bir çox İslam ölkələrində  həzrəti Məsumənin təvəllüd günü, qızlar günü olaraq qeyd olunur. 

MBH bəyanat yaydı

Müsəlman Birliyi Hərəkatı Dövlət Təhlükəsizlik Xidmətinin 19 inanclının həbsi ilə bağlı yaydığı video reportajda hərəkatın adının hallanmasına etirazını bildirib. Hərəkat həbs olunan inanclıların güya hərəkat üzvülərindən olması fikirinə etiraz bildirərək bəyanat yayıb. Bəyanatda deyilir:

 

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar qrafikdən əvvəl ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə noyabr ayının pensiyaları qrafikdən əvvəl ödənilib.

Operativtv.com bu barədə APA-ya istinadən Nazirlikdən xəbər verilib.

Bildirilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.