Əfqanıstanın milli qəhrəmanı Əhməd Şah Məsudun qəbri yenidən dağıdılıb

Əfqanıstanın milli qəhrəmanı Əhməd Şah məscidin Pəncşirdə yerləşən məzarının qəbir üstü daşı yenidən dağıdılıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, ötən gün Pəncşirdə Əhməd Şah Məscidin məzarının üzərindəki qəbir üstü baş daşı sındırılıb.

Yerli mənbələr bunu Talibana nisbət veriblər.

Lakin Taliaban hərəkatının sözcüsü Zəbihulla Mücahid az öncə tvitter səhifəsində məsələyə münasibət bildirib və qəbrin dağıdılmasının Talibana nisbət verilməsini qərəzli hesab edib.

Əfqanıstanın sabiq baş naziri Abdullah Abdullah qəbrin şərr əməlli insanlar tərəfindən həyata keçirildiyini deyib və Talibanı bu və sair abidələri qorumağa çağırıb.