Səudiyyə Ərəbistanın döyüş təyyarələri Yunanıstanda keçirilən hərbi təlimə qatılıb

Səudiyyə Ərəbistanının Hava Qüvvələrini təmsil edən döyüş təyyarələri Yunanıstana çatıblar.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Müdafiə Nazirliyi tvitter səhifəsində yazıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı Krallığının Hərbi Hava Qüvvələrinə məxsus F-15 döyüş təyyarələri “Şahin gözü-3” təlimində iştirak etmək üçün Yunanıstanın Krit adasında hərbi hava bazasına çatıb.

Səudiyyə Ərəbistanının İnformasiya agentliyi “VAS” isə bildirib ki, Hərbi Hava Qüvvələri bütün hava, texniki və dəstək heyətləri ilə birlikdə və “F-15” qırıcı təyyarələri ilə manevrlərdə iştirak edir.

Öz növbəsində, manevrlərdə iştirak edən Hərbi Hava Qüvvələri Qrupunun komandiri, polkovnik pilot Xəlifə bin Dağfak Əl-İnzi qeyd edib ki, bu manevrlər Səudiyyə Ərəbistanın və Yunanıstanda növbə ilə həyata keçirilən “Şahin gözü” təlimlərinin davamıdır.