İmran Xan Şahbaz Şərifi sui-qəsd cəhdində əli olmaqda ittiham edib

Pakistanın keçmiş baş naziri İmran Xan “hazırkı baş nazir Şahbaz Şərif, daxili işlər naziri Rana Sanaullah və digər yüksək rütbəli ordu komandirini ayağından vurulması ilə nəticələnən uğursuz sui-qəsd cəhdini planlaşdırmaqda” ittiham edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Xan hücumun ardından xəstəxanaya aparıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edərkən, "bu üçü məni öldürmək qərarına gəliblər", deyə iddia irəli sürüb.

"Hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb", deyə Xan Lahorda müalicə aldığı xəstəxanadan canlı çıxışında əlavə edib.

Xan deyib: "Paytaxta doğru böyük yürüş davam edəcək və biz istədiyimiz məqsədlərə çatana qədər etirazımızı davam etdirəcəyik."

Öz növbəsində, İmran Xanın partiyasının lideri Əsəd Ömər “Xana qarşı sui-qəsdin arxasında baş nazir Şahbaz Şərif, daxili işlər naziri Rana Sanaullah və kəşfiyyat rəsmisi general-mayor Feysəlin durduğunu” bildirib.

Cümə günü səhər PTI-nin lideri olan Xan tərəfdarlarını etirazları davam etdirməyə çağırıb. Nəticədə Ravalpindi bölgəsində polislə şiddətli toqquşma olub.