İran XİN rəhbəri: ABŞ nüvə sazişi ilə bağlı xoş niyyətli olduğunu göstərməlidir

“Amerika sübut etməlidir ki, onun yaxşı niyyəti, real iradəsi var. Göstərməlidir ki, danışıqlardan vaxt itirmək və öhdəliklərini pozmaq üçün başqa bəhanə tapmaq və bu ölkənin təəssüf ki, aludə olduğu sanksiyaları davam etdirmək üçün istifadə etməyə çalışmır.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

O, bu günkü çıxışında ABŞ-ı nüvə sazişini bərpa etməklə bağlı xoş niyyətli olduğunu isbat etməyə çağırıb.

Qeyd edək ki, Abdullahiyan ötən gündə də oxşar çağırış etmişdi. O, Baydenin “İranı azad edəcəyik” ifadəsinə belə cavab vermişdi:

“Ağ Ev İranda son iğtişaşlarda kəskin şəkildə iğtişaşları, zorakılıq və terroru dəstəkləyir, eyni zamanda bizimlə nüvə razılaşması üçün çalışır. Cənab Bayden riyakarlığı və İŞİD-ə dəstəyə son qoyun!.”