Məkkə və Mədinədə koronavirüs pandemiyasına aid bütün məhdudiyyətlər ləğv edilib

Məscidul-Haram və Peyğəmbər (s.ə) məscidlərində koronavirüs pandemiyasına aid məhdudiyyətlərin hamısı aradan qaldırılıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, koronavirüs pandemiyası ilə bağlı vəziyyət adiləşəndən sonra Mədinədə Peyğəmbər (s.ə) məscidində və Məkkədə Məscidul-Haramda bütün məhdudiyyətlər ləğv edilib.

Bu o deməkdir ki, artıq zəvvarlar heç bir məsafə məhdudiyyəti, maskalar və sair maneələr olmadan ziyarətlərini kütləvi və ya fərdi şəkildə həyata keçirə bilərlər.

Bu məhdudiyyətlərə aid elan və proşürlər artıq məscidlərin ərazisindən yığışdırılıb.

Artıq bir ilə yaxındır ümrə ziyarətləri də bərpa edilib.