Ceyhun Bayramov İran-Azərbaycan münasibətləri haqda danışıb

Ceyhun Bayramov İran-Azərbaycan münasibətləri haqda danışıb.

Operativtv.com Az.rasthaber.com xəbər verir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib: “Azərbaycanın xarici siyasəti ondan ibarətdir ki, qonşu ölkələrlə yaxşı münasibətlər olsun. Biz bu istiqamətdə ardıcılı addımlar atmışıq. İranla Azərbaycan arasında bir sıra layihələr həyata keçirilib”. Azərbaycan XİN başçısı bildirib ki, İran dövləti də Azərbaycanla münasibətlərlə bağlı media vasitələrində mənfi xəbərlərin yer almasına qarşıdır və iki ölkə arasındakı münasibətlərin gərginləşməsi məqsədilə hazırlanan xəbərlərin KİV-də yayımlanmamasını istəyir. Ceyhun Bayramov Azərbaycanın İranla birbaşa əlaqələri olduğunu deyib və Azərbaycanın qonşu ölkə ilə yaxşı münasibət ardınca olduğunu bildirib. Qeyd edək ki, son zamanlar xüsusi ilə Soros Fondu tərəfindən maliyyələşdirilən "HamamTimes", "MeydanTV" və anti-İran paylaşımları ilə daim diqqət çəkən digər İnstagram səhifələri yayımladığı postlarla xalqda İran və İslam dünyasının tanınmış alimlərinə qarşı mənfi fikir formalaşdırmağa səy göstərirlər.