Qəzzada binanın çökməsi nəticəsində azı 11 nəfər həyatını itirib

Qəzza zolağının cənubi-qərbində yerləşən yaşayış binalarından birinin çökməsi nəticəsində azı 11 nəfər, o cümlədən beş uşaq həyatını itirib.

Bu barədə “WAFA” informasiya agentliyi məlumat yayıb.

Dağıntılar altında onlarla insanın qaldığı bildirilir.

Məlumata əsasən, 14 nəfər xəsarət alıb. Qəzza zolağındakı müharibə zamanı İsrail ordusu tərəfindən zədələnən altımərtəbəli bina sakinlərin və binanın yaxınlığında məskunlaşmış köçkünlərin çadırlarının üzərinə uçub.

Xilasedicilər çərşənbə günü səhər saatlarından etibarən qazma işlərini davam etdirərək, dağıntılar altında qalan onlarla insana çatmağa çalışırlar. İşlər texnika və ağır avadanlığın kəskin çatışmazlığı səbəbindən çətinləşir.