Robert Levandovski oktyabr ayının ən yaxşısı seçilib

İspaniya La Liqasında oktyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, başa çatan ayın ən yaxşısı adına "Barselona"nın hücumçusu Robert Levandovski layiq görülüb. Məlumatı turnirin mətbuat xifməti yayıb.

Qeyd edək ki, polşalı forvard ötən ay Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 6 çempionat oyununda 5 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.