BMT-nin Baş katibi ərzaq böhranı ilə bağlı xəbərdarlıq edib

“Quraqlıqlar, isti dalğalar və daşqınlar qida istehsalına dağıdıcı təsir göstərir”.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş tviterdə yazıb.

O bildirib ki, ölkələr iqlim böhranını idarə etmədikcə inkişaf edən qlobal ərzaq böhranının qarşısını almaq mümkün olmayacaq: “İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP27) uyğun olaraq liderlər aclığın qarşısını almağa kömək etməli, iqlim probleminin həll yolları ilə bağlı öhdəliklər götürməlidirlər”.