Türkiyənin xarici işlər naziri Birləşmiş Ərəb Əmirliklərinə gedib

BƏƏ xarici işlər naziri Abdullah bin Zayid türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə regional və beynəlxalq arenada baş verən son hadisələri müzakirə edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu gün, şənbə görüş zamanı tərəflər BƏƏ və Türkiyə arasında ikitərəfli əməkdaşlıq və tərəfdaşlığın perspektivləri, iki ölkənin və onların xalqlarının ümumi maraqlarını təmin dən məsələlər barədə müzakirələr aparıblar.

Habelə ərzaq təhlükəsizliyi və enerji də daxil olmaqla, ümumi maraq doğuran bir sıra müzakirə eedilib, regional və beynəlxalq arenada baş verən hadisələr haqqında fikir mübadiləsi aparılıb.

Əmirliyin naziri öz növbəsində ölkəsinin Türkiyə ilə əməkdaşlığını hər iki ölkənin inkişaf yollarını təmin edəcək və xalqlarına fayda gətirəcək şəkildə bütün sahələrdə genişləndirmək üçün hazır olduqlarını deyib.

Bin-Zayid türkiyəli həmkarını Qara dəniz vasitəsilə taxılın beynəlxalq bazarlara ixracına dair razılaşmanın bərpası münasibətilə təbrik edib.

O, Türkiyənin ötən iyul ayında İstanbulda Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı ilə imzaladığı bu sazişin həyata keçirilməsinin davam etdirilməsi üçün göstərdiyi böyük səyləri yüksək qiymətləndirib.