02 November 2022

İran XİN Səudiyyə Ərəbistanına hücum edəcəklərinə dair xəbərlərə münasibət bildirib

İran Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanına hücum edəcəkləri ilə bağlı yayılan məlumatlarlara münasibət bildirib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, XİN sözçüsü Nasir Kənani yayılan məlumatları təkzib edib.

Onun sözlərinə görə, bu tip xəbərlər bəzi Qərb dairələri tərəfindən İrana qarşı mənfi atmosfer yaratmaq və region ölkələri ilə mövcud müsbət tendensiyaları məhv etmək məqsədi daşıyır.

Gürcüstanda ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində "Agile Spirit 2023" çoxmillətli hərbi təlim keçiriləcək

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Gürcüstan Müdafiə Qüvvələri ABŞ-ın Avropa və Afrikadakı komandanlığı ilə birlikdə gələn ilin yayında keçiriləcək "Agile Spirit 2023"çoxmillətli təlimlərinə hazırlığa başlayıb. Bu təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edir.

Rusiyanın xarici işlər naziri ərəb ölkələrinə səfərə çıxıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərq ölkələrinə səfərə çıxıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.

O bildirib ki, nazir Sergey Lavrov bu gün, çərşənbə İordaniya və BƏƏ-ə yola düşəcək.

İran Beynəlxalq Atom Agentliyi ilə danışıqlar üçün Vyanaya nümayəndə heyəti göndərir

“Beynəlxalq Atom Enerjisi Agentliyi ilə danışıqların başlanması və əməkdaşlığın gücləndirilməsi ilə bağlı yaxın günlərdə Tehrandan Vyanaya nümayəndə heyəti göndəriləcək.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

"Tərtər işi" üzrə həbs edilmiş daha 8 nəfərin hökmü ləğv olunub

 

"Tərtər işi" üzrə məhkum edilmiş və işi ayrıca icraata verilmiş Emil Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

Vəkil Rəsul Cəfərov bildirib ki, qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. İş yenidən araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.

"Sabah"ın legioneri: "DÇ-2022-də yarımfinala vəsiqə Seneqal üçün əla nəticə olar"

"Düşünürəm ki, tarixdə ilk dəfə yarımfinala vəsiqə qazanmaq nəinki Seneqal, hər hansı Afrika ölkəsi üçün əla nəticə olar".

Operativtv.com Report-a istinadən açıqlamasında "Sabah" klubunda çıxış edən seneqallı futbolçu Abdulaye Ba bu il Qətərdə keçiriləcək dünya çempionatında ölkəsinin milli komandasının şansları barədə danışarkən deyib.

"Fələstin hökuməti qurulmadan sülh mümkün deyil!"

Tunis prezidenti Ərəb Liqası rəhbərlərinin görüşündə bəyan edib ki, sülh yalnız fələstinlilərin paytaxtı Qüds olan müstəqil dövlət əldə etdikdə əldə edilə bilər.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Tunis prezidenti Qeys Səid çərşənbə axşamı Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci sammitinin açılış sessiyasında deyib:

İraq on minlərlə İŞİD ailələrinin olduğu düşərgə barədə dünyaya çağırış edib

İraq hökuməti Suriyanın şərqində ABŞ və separatçı kürd bölmələrinin nəzarətində olan, əsasən İŞİD üzvləri və onların ailələrinin saxlanıldığı əl-Houl düşərgəsi barədə dünya dövlətlərinə çağırış edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bunu İraqın Milli təhlükəsizlik müşaviri Qasim əl-Ərəci tvitter hesabında yazıb.

İraq İranla Səudiyyə Ərəbistanı arasında vasitəçiliyi davam etdirəcəyini bildirib

 İraq prezidenti Əbdüllətif Rəşid ölkəsinin Səudiyyə Ərəbistanı ilə İran arasında vasitəçiliyini davam etdirdiyini təsdiqləyərək, görüşlərin indi də davam etdiyini, lakin nəticələrin tərəflərin özündən asılı olduğunu bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İraq prezidenti bunu Əl-Cəzirə telekanalına verdiyi açıqlamasında deyib.

ABŞ-ın toxunulmaz güc olduğunu düşünənlər yanılırlar – Ayətullah Xamenei

 “Amerikanın toxunulmaz bir güc olduğunu düşünənlər, bu gün baş verənlərə nəzər salsınlar. Belə deyil, ABŞ-ın tamamilə müdafiəsiz olduğu ortaya çıxır.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün iranlı tələbələrlə görüşündə deyib.

İngiltərəli müdafiəçi vurduğu qolların sayına görə tarixə düşüb

Şotlandiyanın "Reyncers" klubunun futbolçusu Ceyms Tavernye yeni nailiyyətə imza atıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, 31 yaşlı oyunçu buna Niderland "Ayaks"ına 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçında fərqlənməklə nail olub.

Tavernye 2022-ci ildə bütün yarışlarda vurduğu qolların sayını 20-yə çatdırıb. O, XXI əsrdə bir təqvim ilində 20 qola çatan ilk müdafiəçi kimi tarixə düşüb.

Kabildə nazirlik əməkdaşlarının olduğu avtomobil partladılıb

Noyabrın 2-də səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə nazirlik əməkdaşlarını daşıyan avtomobil partladılıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə yerli “Hasht-e Subh” nəşri məlumat yayıb.

Şəhərin beşinci rayonunda “Taliban” hökumətinin Kənd Təsərrüfatının Yenidənqurulması və İnkişafı Nazirliyinin əməkdaşlarını daşıyan avtomobil hərəkətdə olan zaman partladılıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Alimpaşa Məmmədovun 10 milyonluq əmlakına həbs qoyuldu

Şəmkir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Alimpaşa Məmmədovun bir sıra əmlakları üzərinə həbs qoyulub.

Operativtv.com Unikal-a istinadən məlumat verir ki, bazar dəyəri 10 milyon manat qiymətləndirilmiş həmin əmlaklar aşağıdakılardır:

1. "Azfarel" MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat)

Dövlət Departamenti Soçi görüşünə qiymət vermir, lakin Bakı və Yerevanla danışıqları davam etdirəcək

Dövlət Departamenti Ermənistan və Azərbaycan arasında danışıqlara yardımçı olmaq üçün Bakı və Yerevanla əlaqələri davam etdirəcək, Turan-ın Vaşinqton müxbiri bildirib.

"Dövlət katibi Blinken bunu dəfələrlə, o cümlədən Nyu-Yorkda iki xarici işlər nazirilə görüşündə ​​də vurğulayıb. Biz Ermənistan-Azərbaycan sülhünə və iki ölkə arasında danışıqlara sadiqik", - Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdə Turan-ın suallarını cavablandırarkən deyib.

Əlcəzair prezidenti: BMT Baş Assambleyasından Fələstini müstəqil dövlət kimi tanımasını tələb edəcəyik

Ərəb Dövlətləri Liqasının 31-ci zirvə toplantısına ev sahibliyi edən Əlcəzairin prezidenti öz çıxışında Fələstinin dövlət kimi tanınmasını tələb edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Əlcəzair prezidenti Əbdülməcid Tabun bunu ƏDL-in toplantısında çıxışı zamanı deyib.