"Sabah"ın legioneri: "DÇ-2022-də yarımfinala vəsiqə Seneqal üçün əla nəticə olar"

"Düşünürəm ki, tarixdə ilk dəfə yarımfinala vəsiqə qazanmaq nəinki Seneqal, hər hansı Afrika ölkəsi üçün əla nəticə olar".

Operativtv.com Report-a istinadən açıqlamasında "Sabah" klubunda çıxış edən seneqallı futbolçu Abdulaye Ba bu il Qətərdə keçiriləcək dünya çempionatında ölkəsinin milli komandasının şansları barədə danışarkən deyib.

31 yaşlı müdafiəçi Seneqal yığmasının yaxşı heyətə malik olduğunu bildirib: "Düzü, kimin çempion olacağı barədə fikir bildirməkdə çətinlik çəkirəm. Çünki mundialda güclü komandalar çoxdur".

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Seneqal A qrupunda Qətər, Ekvadov və Niderlandla mübarizə aparacaq. Abdulaye Ba 2012-2013-cü illərdə 6 dəfə milinin formasını geyinib.