“Müdafiə Xətti”-nin Azərbaycanda qeydə aldığı aylıq hüquq pozuntuları

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının 2022-ci ilin 16-30 oktyabr tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı 59 saylı bülleteni
18 oktyabr 2022-ci il. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə (qəsdə sağlamlığa az ağır zərər vurma) elan olunmuş ittiham üzrə cinayət işinin ibtidai istintaqı yekunlaşıb. İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Rayon məhkəməsi hazırlıq iclası keçirərək baxışa qəbul edib. Bu, VİP sədrinə son 10 ay ərzində 4-cü ittihamdır. İttihama görə, Əli Əliyev bərabər saxlandığı dustaq yoldaşına ümumi təhlükəli üsulla, xüliqanlıq niyyəti ilə az ağır zərər vurub. İttihamın saxta və qurama olduğu şübhə doğurmur.
22 oktyabr 2022-ci il. Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli Daxili İşlər Nazirliyinin (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Partiyanın mətbuat xidməti bunu Anar Əsədovun siyasi fəaliyyətinə təzyiq kimi qiymətləndirib, təfərrüatlar barədə məlumat verməyib.
24 oktyabr 2022-ci il. ADR Partiyasının üzvü Ənvər Ağamalızadə səhər radələrində yaşadığı evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb. O, AXCP-nin təyin etdiyi etiraz piketində iştirak etmək niyyətində olub.
24 oktyabr 2022-ci il. Azərbaycan Xalq Cəbhəsi Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq azadlığı tələbi ilə aksiya keçirib. Aksiyada 100-dən artıq fəal saxlanılıb. AXCP-nin Binəqədi Rayon Təşkilatının sədri Ramid Nağıyev 7 sutka inzibati qaydada həbs edilib.
25 oktyabr 2022-ci il. Siyasi məhbus Rəşad Ramazanlı 7 gündür ki, həbsinə etiraz olaraq aclıq aksiyası keçirir. Sağlıq durumunun ağır olması barədə məlumatlar daxil olur.
26 oktyabr 2022-ci il. Yazıçı Kəramət Böyükçöl Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. Çağırılmanın səbəbi göstərilməyib.
27 oktyabr 2022-ci il. Müsavat başqanı Arif Hacılı evinin yaxınlığında “maşınla qoşa xətti keçmisən” bəhanəsi ilə saxlanılıb. Arif Hacılı polis idarəsinə aparılıb, bir qədər sonra sərbəst buraxılıb.