Əlcəzair prezidenti: BMT Baş Assambleyasından Fələstini müstəqil dövlət kimi tanımasını tələb edəcəyik

Ərəb Dövlətləri Liqasının 31-ci zirvə toplantısına ev sahibliyi edən Əlcəzairin prezidenti öz çıxışında Fələstinin dövlət kimi tanınmasını tələb edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Əlcəzair prezidenti Əbdülməcid Tabun bunu ƏDL-in toplantısında çıxışı zamanı deyib.

Ə.Tabun, “Ərəb Sülh Təşəbbüsü”nün müstəqil Fələstin dövlətinin qurulmasına zəmanət verən ədalətli və hərtərəfli prinsip olduğunu bildirib və qeyd edib ki,  Fələstin məsələsi ərəblərin prioritetləri mərkəzində qalmalıdır.

"Mərkəzi və əsas məsələmiz Fələstin məsələsidir, xüsusilə də işğalçının addımları artdığı zamanda. Günahsızların öldürülməsi, qeyri-qanuni qəsəbələrin salınması, Qüds şəhəri də daxil olmaqla, yerli əhalinin öz əmlakından məhrum edilməsi və yerlərindən qovulması davam edir”, deyə Əbdülməcid Tabun BMT-nin Baş Assambleyasında Fələstinin müstəqil dövlət kimi tanınması tələb ediləcək.