"Fələstin hökuməti qurulmadan sülh mümkün deyil!"

Tunis prezidenti Ərəb Liqası rəhbərlərinin görüşündə bəyan edib ki, sülh yalnız fələstinlilərin paytaxtı Qüds olan müstəqil dövlət əldə etdikdə əldə edilə bilər.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Tunis prezidenti Qeys Səid çərşənbə axşamı Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci sammitinin açılış sessiyasında deyib:

"Biz Fələstin məsələsini yaxından izləyirik və bütün beynəlxalq toplantıların gündəliyinə çıxarırıq".

Ərəb Liqasının sədrliyinin Əlcəzairə təhvil verilməsi ilə bağlı açılış nitqi ilə çıxış edən Qeys Səid bildirib: "Paytaxtı Qüds olan müstəqil Fələstin dövləti qurulduğu zaman sülh inkişaf edəcək".

Qeyd edək ki, Ərəb Liqası rəhbərlərinin 31-ci iclası çərşənbə axşamı bəzi ərəb ölkələrinin liderlərinin iştirakı ilə və Suriyanın iştirakı olmadan Əlcəzairdə başlayıb.