İsraildə Knesset seçkilərində Netanyahunun partiyası öndə gedir

 İsraildə ötən gün keçirilən Knesset seçkilərinin ilkin nəticlərinə əsasən ultra sağçı Likud partiyası öndə gedir.

Operativtv.com SalamNews-a istinadən bu barədə xəbər verir.

Məlumata görə, İsrailin keçmiş baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyası Knesset seçkilərində birincidir və rəy sorğularına görə səs çoxluğunu əldə etməyə də yaxındır.

Lakin hazırki baş nazir Yair Lapidin olduğu koalisiya ilə Likud partiyası arasındakı rəqabətin yaxın olması nəticələri hər an dəyişdirə bilər.

Qeyd edək ki, bu seçkilər son dörd ildə İsraildə beşinci Knesset seçkiləridir.