"Tərtər işi" üzrə həbs edilmiş daha 8 nəfərin hökmü ləğv olunub

 

"Tərtər işi" üzrə məhkum edilmiş və işi ayrıca icraata verilmiş Emil Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

Vəkil Rəsul Cəfərov bildirib ki, qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. İş yenidən araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.

Həmçinin Emil Əliyev təqsirləndirilən şəxs statusuna qaytarılıb.