Rusiyanın xarici işlər naziri ərəb ölkələrinə səfərə çıxıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərq ölkələrinə səfərə çıxıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.

O bildirib ki, nazir Sergey Lavrov bu gün, çərşənbə İordaniya və BƏƏ-ə yola düşəcək.

"Rusiya xarici işlər nazirinin Yaxın Şərqə səfəri bu gün başlayır. Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətinin İordaniya və Birləşmiş Ərəb Əmirliklərinə səfəri gözlənilir", - Zaxarova çərşənbə günü mətbuat brifinqində əlavə edib.