Azərbaycanlı inanclı Rusiyada saxlanıldı – Ekstradisiya edilməsi gözlənilir

Operativ.tv xəbər verir ki, Rusiya hüquq mühafizə orqanları azərbaycanlı inanclı Orucov Taleh Mayor oğlunu saxlayıblar.

Bu barədə onun yaxınları məlumat veriblər.

Məlumatda vurğulanır ki, Taleh Orucovun saxlanılmasını Rusiyadan Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tələb edib.

Bu gün məhkəməsi keçirilməsi planlaşdırılan Tale Orucovun Azərbaycana nə vaxt eksratidisya ediləcəyi isə məlum deyil.

Qeyd edək ki, Taleh Orucovun Azərbaycan Cinayət Məcəlləsinin 281 (Dövlət əleyhinə açıq çağırışlar) və 281.1 (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusion quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Rusiya Daxili İşlər Nazirliyinə məktubla müraciət edib.