Terrorbaşının Türkiyəyə ekstradisiyası üçün yaşıl işıq

ABŞ prezidenti Donald Tramp Ədliyyə Nazirliyi, Federal Təhqiqatlar Bürosu və Daxili Təhlükəsizlik Nazirliyinə Fətullah Gülənin Türkiyəyə qanuni olaraq qaytarılması yollarının araşdırılması ilə bağlı tapşırıq verib.

 

"Anadolu" agentliyinin məlumatına görə, bu barədə ABŞ-ın nüfuzlu NBC televiziya kanalı xəbər verib.

 

Məlumata görə, Tramp bu fikrə səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən sonra baş vermiş hadisələr fonunda gəlib.

 

Məsələ ilə bağlı Ağ Evdən və digər qurumlardan hər hansı bir açıqlama verilməyib.

 

Qeyd edək ki, Fətullah Gülən Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur və terrorbaşı elan edilib.