Azərbaycanda Məhərrəm məclisləri başlayıb

Məhərrəm ayının başlanğıcı ölkənin hər bir nöqtəsində İmam Hüseynin (ə) şəhadəti ilə bəşəri zülmə etiraz məclisləri keçirilməyə başlayıb. Bu məclislərin ruhunda İmamın zülm və haqsızlıqla öldürülərək şəhadətinin acısı yaşandığı kimi, İmam Hüseynin (ə) zülm qarşısında son nəfəsinə qədər rəşadətli duruş göstərərək mübarizə aparması zamanlar fövqündə duran bu hadisənin insanlığa ötürdüyü mesajlardandır.

Azərbaycan xalqının milli mənəvi dəyərləri, kimlik kartı olan İmam Hüseyn (ə) sevgisi bu il də inanclı xalqı Şəhid İmamın əza məclislərinə gətirib. Məscidlərdə böyük coşqulu Hüseyn (ə) aşiqləri Peyğəmbər (s) balasına matəm tutur və bununla da öz həyat tərzini İmamın ölümsüz məktəbinə uyğunlaşdırmağa çalışırlar.

Bakı daxil olmaqla Azərbaycanın müxtəlif bölkələrində İmam Hüseynə (ə) təşkil edilən məclislər məscid və ziyarətgahlar, hüseyniyyələrdə keçirilir. Məclislər Quran tilavəti ilə açılış edir, növhələr oxunur və ruhanilərin çıxışı ilə yekunlaşır.

Bu il Məhərrəm ayı iyunun 16-a təsadüf etdiyindən Aşura iyunun 25-də qeyd olunacaq.