Beynəlxalq Mətbuat İnstitutu (IPI) və Beynəlxalq Media Dəstəyi (IMS) 2026-cı il üzrə mətbuat azadlığı mükafatlarının qaliblərini açıqlayıb. Azərbaycandan “Abzas Media” və “Meydan TV” “Azad Media Öncülü” (“Free Media Pioneer”) mükafatına layiq görülüb.
Mükafat azad informasiya axınının genişlənməsinə, müstəqil medianın inkişafına və jurnalistikanın yeni imkanlar qazanmasına töhfə verən media qurumlarına təqdim olunur. Bu il qaliblər dünyanın müxtəlif ölkələrindən seçilmiş təşkilatlar arasından müəyyənləşdirilib.
2026-cı ilin “Azad Media Öncülü” mükafatının digər laureatı Latın Amerikası Araşdırma Jurnalistikası Mərkəzi (CLIP) olub.
Mükafata 11 media orqanı namizəd göstərilmişdi.
IPI və IMS-in məlumatında qeyd edilirdi ki, 2016-cı ildə yaradılan “Abzas Media” yüksək səviyyəli korrupsiya faktlarını üzə çıxaran araşdırmaları, həssas qrupların səsini çatdırması və hakimiyyəti hesabatlı olmağa çağıran jurnalistikası ilə tanınır.
IPI və IMS hesabatlılıq jurnalistikasına sadiqliyinin “Abzas Media”nı Azərbaycanın avtoritar Əliyev hakimiyyətinin təqib hədəfinə çevirdiyini vurğulayırdı. 2023-cü ilin payızında başlanan həbslərdən sonra “Abzas Media”nın altı jurnalisti və “Azadlıq Radiosu”nun bir jurnalisti “Abzas Media işi” üzrə mühakimə olunaraq 2025-ci ilin iyununda 7 il 6 aydan 9 ilədək azadlıqdan məhrum ediliblər.
“Buna baxmayaraq, “Abzas Media” jurnalistləri sürgündə və hətta həbsxanadan fəaliyyətlərini davam etdirərək hökumətin saytın bloklanması və auditoriyaya çıxışın məhdudlaşdırılması cəhdlərini müxtəlif yollarla aşmağa çalışırlar”, - IPI və IMS məlumatında deyilirdi.
IPI və IMS həmçinin müstəqil jurnalistikaya verdikləri mühüm töhfələrə görə “Dünya Mətbuat Azadlığı Qəhrəmanı” (“World Press Freedom Hero”) mükafatının qaliblərini də elan edib. Bu mükafata Filippindən Patrisia Evangelista, Çilidən Monila Gonzalez və Macarıstanın müstəqil jurnalistləri layiq görülüblər.
IPI-nin icraçı direktoru Skott Qriffenin sözlərinə görə, builki laureatlar mürəkkəb şəraitdə fəaliyyət göstərən müstəqil medianın dayanıqlılığını nümayiş etdirirlər.
“Qlobal miqyasda mətbuat azadlığına təzyiqlər artdığı bir vaxtda bu təşkilatlar və jurnalistlər korrupsiya və insan hüquqları pozuntularını işıqlandırmaqla yüksələn avtoritarizmə qarşı cəsarət və qətiyyət nümayiş etdiriblər”, - o bildirib.
“Abzas Media” və "Meydan TV" 2026-cı il üzrə “Azad Media Öncülü” mükafatının qalibləri seçilib