1 saylı İstintaq Təcridxanasında məhdudiyyətlərlə üzləşən siyasi məhbus Samir Babayev aclıq aksiyasına başlamaq fikirindədir. Ailəsi ilə görüş zamanı Samir bildirib ki, kamera şəraiti, isti və havasızlıqda bağlanan nəfəzlik səbəbindən hər gün az qala dəfələrlə ölüb dirilir. Bununla bağlı o, təcridxana rəhbəri Elnur İsmayılova müraciət edərək digər kameralar ki, onun da olduğu kameranın nəfəsliyinin açıq saxlanılmasını istəyib. E. İsmayılov nəfəsliyin açılacağını söz versə də lakin yeganə kamera olaraq Samirin olduğu kameranın nəfəsliyi hələ də bağlı qalıb.
Məlum hadisə Samirlə bağlı yaşanan ilk hal deyil. Onun saxlanılan zaman polis idarələrində fiziki işgəcələrə məruz qalması ilə bağlı martın 16-sı təcridxanadan səs yazısı yayıldıqdan sonra ona qarşı davranışlar ciddi forma sərtləşib. O andan Samirin telefon zəngləri təcridxana rəhbərliyi tərəfindən tam qapadılıb. Çətinliklər bununla da yekunlaşmayıb. Bəzən ailənin görüş hüquqları da müxtəlif bəhanələrlə rədd edilib, bəzən isə bu qısa görüş dəqiqələri ilə əvəzlənib.
Bu dəfə havasızlıq və istidən əziyyət çəkən inanclı nəfəslikdən otağa daxil olacaq cüzi havanın məhdudlaşdırılmasından şikayətçidir. S. Babayev bildirib ki, o məsələ həll edilməyənə qədər aclıq aksiyası keçirmək fikirindədir və zatən havasızlıq mühiti onu özünə çəkən ölümünü bu addımı ilə sürətləndirmiş olar.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Samir Babayev martın 6-da saxlanılıb və inanclı barəsində saxta narkotiklərlə bağlı iddiham irəli sürülüb. Hüquq müdafiə təşkilatları onun həbsinin siyasi motivli hesab edirlər.
Samir Babayev aclıq aksiyasına başlamaq fikrindədir