Rusiyanın müddətli sədrlik etdiyi BRİKS oktyabrda Kazanda keçirilən sammitdən sonra coğrafiyasını yeni tərəfdaşlarla genişləndirməyə davam edir.
Sputnik-in xəbərinə görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Boliviya və Kubanın 1 yanvar 2025-ci il tarixindən etibarən tərəfdaş ölkə statusu alacağını açıqlayıb.
Rusiya mətbuatına açıqlama verən Ryabkov, "Dəvət alan qrupda Boliviya və Kuba da var. Əminik ki, onların BRICS-də tərəfdaş ölkə olaraq iştirakları ilə bağlı hər şey yaxşı olacaq".
Dəvət olunan ölkələrin konsensus prosesinin hələ tamamlanmadığını qeyd edən Ryabkov, Rusiyanın BRİKS-ə sədrliyi bitənə qədər bu məsələnin həllini gözlədiklərini bildirib.
Ryabkov bu addımın dəvət olunan ölkələr üçün mühüm perspektivlər açacağını vurğulayıb.
Bu arada Ryabkov həmçinin bildirib ki, hazırda tərəfdaş ölkə statusuna 13 ölkə namizəddir, lakin tam siyahı hələ dərc edilməyib.
BRICS liderləri oktyabr ayında Kazanda keçirilən 16-cı BRİKS Sammitində tərəfdaş ölkələrin siyahısını yekunlaşdırıblar. Rusiya vitse-prezidenti Yuri Uşakov siyahıda 13 ölkənin olduğunu bildirib.
Daha iki ölkə BRICS-də tərəfdaş ölkə statusu alacaq