Livan ordusundan verilən açıqlamada ABŞ-ın Beyrutdakı səfirliyinə silahlı hücum edildiyi bildirilib.
İsrailin Qəzza zolağındakı əməliyyatları və Hizbullahın İsrailə hücumları səbəbindən son vaxtlar gərginliyin artdığı Livanda ABŞ-ın diplomatik nümayəndəliyinə hücum edilib. ABŞ-ın Beyrutdakı səfirliyinə naməlum şəxs avtomatik silahla hücum edib.
"Livanın paytaxtı Beyrutun Aukar rayonunda Suriya vətəndaşı ABŞ səfirliyinə atəş açıb. Ətrafdakı hərbçilər atəş açan şəxsə müdaxilə edib. Nəticədə təcavüzkar yaralanıb, tutulan təcavüzkar müalicə üçün xəstəxanaya göndərilib." Livan ordusunun bəyanatında deyilir.
ABŞ-ın Beyrutdakı səfirliyi hücumdan sonra açıqlama verərək, əməkdaşlarının təhlükəsiz olduğunu açıqlayıb.
Hücumun saat 08:34-də səfirliyin girişində baş verdiyini bildirən səfirlik, “Livan Silahlı Qüvvələrinin, daxili təhlükəsizlik qüvvələrinin və səfirliyin təhlükəsizlik bölməsinin sürətli müdaxiləsi sayəsində diplomatik nümayəndəlik və əməkdaşları təhlükəsizdir " bildirib.
ABŞ-ın Livandakı səfirliyinə silahlı hücum gerçəkləşib