ABŞ İraqdan üzr istəyib

"ABŞ fevralın əvvəlində İraq ərazisinə edilən hücuma görə rəsmi Bağdaddan üzr istəyib". 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn “RİA Novosti”yə müsahibəsində deyib. 

"Doğrudur, Vaşinqton İraq təhlükəsizlik qüvvələrinə hücumlar zamanı İraqa xəbərdarlıq etməyib, ABŞ-dəki rəsmi nümayəndə bu vəziyyətlə bağlı üzr istəyib". 

Xatırladaq ki, ABŞ fevralın 2-də İordaniyada üç Amerika əsgərinin öldürülməsinə cavab olaraq İraq və Suriyada “İran qüvvələri və İranın dəstəklədiyi milislər tərəfindən istifadə edilən” 85 hədəfi vuracağını bildirib.