Tramp uşaqlarla görüşdə ABŞ bayrağını düzgün rəngləməyib

İnternet istifadəçiləri ABŞ prezidenti Donald Trampı ölkə bayrağının görünüşünü bilməməkdə ittiham ediblər.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, Trampın Ohayo ştatındakı uşaq xəstəxanalarından birinə səfər şəklini Birləşmiş Ştatların səhiyyə naziri Aleks Azar "Twitter"də paylaşıb.

İstifadəçilər Ağ ev rəhbərinin uşaqlarla birgə bayraq rənglədiyi şəkillərə diqqət yetiriblər. Belə ki, onlardan birində onun bayraqdakı üfüqi zolaqları ağ və ya qırmızı olduğu halda, göy boya ilə rənglədiyi görünür.