İsrail Qəzzada daha bir məktəbi bombaladı

 İsrail ordusunun Qəzza şəhərində qaçqınların yerləşdiyi məktəbi vurması nəticəsində 6-sı uşaq olmaqla 25 fələstinlinin həyatını itirdiyi bildirilib.

Əl-Cəzirə televiziyası xəbər verir ki, İsrail qüvvələri bu gün səhər tezdən Qəzza şəhərində qaçqınların məskunlaşdığı məktəbə zərbələr endirib. Hücum nəticəsində 25 fələstinlinin həyatını itirdiyi bildirilib.

Fələstinli səhiyyə ekspertlərinə əsaslanan hesabatda ölənlər arasında 6 uşağın olduğu qeyd edilib.

Qəzza Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, işğalçı sionist İsrailin hücumlarını bərpa etdiyi martın 18-dən bu yana Qəzza zolağında azı 3700 nəfər həyatını itirib, 10700-dən çox insan isə yaralanıb.