Abzas Media daha bir beynəlxalq mükafatın qalibi oldu. Bu barədə Meydan Tv xəbər paylaşıb.
Xəbərdə deyilir ki, European Press Prize-ın xüsusi mükafatı Abzas Media və Forbidden Stories-in də aralarında olduğu 40-a yaxın jurnalistin iştirak etdiyi ‘Baku Connection’ layihəsinə verilib.
Həmin layihədə Əliyevlər ailəsinə məxsus mülklər barədə yazılardan tutmuş, Abzas Medianın həbsdə olan əməkdaşlarının yarımçıq qalan araşdırmaları var idi.
Ən böyük araşdırmalardan biri isə Gədəbəy qızıl yataqları ilə bağlı idi.
Mükafatı Abzas Media adından jurnalist Leyla Mustafayeva qəbul edib.
Abzas Media daha bir beynəlxalq mükafatın qalibi oldu