İctimai fəal Nicat Əmiraslanov barəsində 15 sutkalıq inzibati həbs qərarı verilib.
Yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuilqanlıq) maddəsi ilə məhkəməyə çıxarılıb.
Qazax Rayon Məhkəməsi bu barədə mayın 24-də qərar çıxarıb.
Bu barədə ilk məlumatı jurnalist Elməddin Şamilzadə “Facebook” səhifəsində paylaşıb.
“İctimai fəal Nicat Əmiraslanov Qazaxda polislər tərəfindən saxlanılıb. Yaxınları ehtimal edir ki, hadisə müəmmalı şəkildə həyatını itirmiş Elgünlə bağlı bukletləri paylaşdığı üçün baş verib”, – E.Şamilzadə qeyd edib.
Hələlik hüquq mühafizə orqanları onun saxlanması barədə məlumat paylaşmayıb.
Nicat Əmiraslanov əvvəllər müstəqil jurnalist kimi fəaliyyət göstərib.
O, bundan öncə də bir neçə dəfə saxlanılıb və inzibati həbsə məhkum edilib.
İctimai fəal Nicat Əmiraslanov 15 sutka həbs olunub