Yəməndən İsrailə yeni raket hücumu

Yəmən torpaqlarından işğal altındakı ərazilərə raket atılıb. Bu hücumdan sonra İordan çayının Qərb sahilində həyəcan siqnalları səslənib.

Əl-Cəzirə televiziya kanalının məlumatına görə, sionist rejimin ordusu Yəmən ərazisindən işğal altındakı bölgələrə raket atıldığını bildirib.

Hücumdan sonra işğal altındakı ərazilərin mərkəzində və Qərb sahilində yerləşən bəzi yaşayış məntəqələrində siqnal səsləri eşidilib.

Sionist rejimin ordusu hava hücumundan müdafiə sistemlərinin raketi zərərsizləşdirmək üçün işə salındığını açıqlayıb.

Yəmən müqavimət qüvvələri isə dəfələrlə bəyan ediblər ki, sionist rejim Qəzza xalqına qarşı hücumlarını davam etdirdikcə, işğal altındakı ərazilərə raket hücumlarını da davam etdirəcəklər.

Yəmənlilərin yeni raket hücumları dalğası işğal altındakı ərazilərə olan bir çox uçuşun ləğv edilməsinə səbəb olub.