İsrail Səna hava limanına hücum edib

Xəbər mənbələri İsrailin Yəmənin Səna Beynəlxalq Hava Limanına hücumu barədə məlumat yayıb.

Əl-Məyadin müxbiri həmçinin İsrail rejiminin bu təcavüzü bir neçə hücumda həyata keçirdiyini bildirib.

İsrailin Hərbi Naziri Yisrael Katz da rejimin hava qüvvələrinin Yəmənin Ənsarullah hərəkatının Səna hava limanında mövqelərini hədəf aldığını və hava limanında son təyyarəni vurduğunu iddia edib.