Malayziya: İsrailin Qəzzada törətdiyi cinayətlər dünyanın ikili standartlarını əks etdirir

Malayziyanın xarici işlər naziri sionist rejimin Qəzza zolağındakı cinayətlərini dünyanın Fələstin xalqının iztirablarına qarşı “biganəliyi və ikili standartlarının” təzahürü olduğunu bəyan edib.

Məhəmməd Həsən bazar günü Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasında (ASEAN) həmkarları qarşısında çıxışında deyib: "Bu hərəkətlər beynəlxalq hüquqa hörmətin pozulmasının birbaşa nəticəsidir".

O, "Fələstin xalqına qarşı törədilən cinayətlərin laqeydliyi və ikili standartları əks etdirməyə davam etdiyini" ifadə edərək əlavə edib: "ASEAN bu vəziyyət qarşısında səssiz qala bilməz".

Onun bu sözləri Kuala Lumpurda keçirilən ASEAN sammitindən bir gün əvvələ təsadüf edib; Bu arada İsrail rejimi bu ay Qəzzaya hücumlarını intensivləşdirib.