Maltanın baş naziri Robert Abela ölkəsinin iyun ayında Fələstini rəsmən tanıyacağını açıqlayıb. Qəzzada yaşanan faciələrə diqqət çəkən Abela, qərarın “mənəvi məsuliyyət” olduğunu vurğulayıb.
Maltanın baş naziri Robert Abela ölkəsinin Fələstini dövlət kimi tanımağa hazırlaşdığını açıqlayıb. Rəhbərlik etdiyi İşçi Partiyasının keçirdiyi tədbirdə çıxış edən baş nazir tanınma qərarının iyun ayında rəsmən elan ediləcəyini bildirib.
45 illik müzakirələrdən sonra Maltanın Fələstini tanıyan ilk hökumət olacağını vurğulayan Abela, "Qəzzada 50 mindən çox insanın həyatını itirdiyi insan faciəsi qarşısında səssiz qala bilmərik" deyib.
“Tarix bizi bağışlamayacaq”
İsrailin Qəzza zolağına davam edən hücumlarını sərt şəkildə tənqid edən Abela, "Beynəlxalq ictimaiyyətin körpə və uşaqların öldürüldüyü, ailələrin aclığa məhkum edildiyi bir vəziyyət qarşısında susması, tarixin bağışlamayacağı bir rəftar olacaq" deyib. Baş nazir bildirib ki, xüsusilə mülki şəxsləri hədəf alan hücumlar “vəhşiliyin ən çirkin formasıdır”.
Abela regionda vəziyyətin pisləşdiyini nəzərə alaraq, “tanınma qərarı”nın mənəvi məsuliyyət olduğunu vurğulayıb.
Malta qapılarını Qəzzalı həkimlərin üzünə açır
Abela çıxışında təəccüblü bir nümunə göstərərək Qəzzanın Xan Yunis şəhərində çalışan pediatr Ala əl-Nəccarın yaşadığı faciəni ictimaiyyətlə bölüşüb. Ən-Nəccar İsrailin hücumu nəticəsində 10 uşağından 9-nu itirib, həyat yoldaşı isə ağır yaralanıb. Baş nazir Abela Maltanın doktor En-Naccara və ailəsinə sığınacaq verməyə hazır olduğunu bildirib. "Bir saniyədə doqquz uşağını itirən anaya göz yuma bilmərik" deyən Abela, Maltanın ailəyə sığınacaq verəcəyini və onları öz vətəndaşları kimi qəbul edəcəyini bildirib.
Fələstinə beynəlxalq dəstək çağırışı
Maltanın atdığı bu addımın Avropa İttifaqı daxilində və beynəlxalq ictimai rəydə müzakirələr üçün yeni zəmin yaradacağı gözlənilir. Fələstini dövlət kimi tanıyan ölkələrin sayı 140-ı ötsə də, bir çox Qərb ölkələri hələ də onu tanımaq qərarına gəlməyib.
Malta Fələstini dövlət kimi tanıyacaq