Gürcüstanın paytaxtı Tbilisidə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Alulbeyt” Beynəlxalq Mərkəzində “İslamda Ailə münasibətləri” mövzusunda elmi seminar keçirilib.
Tədbir Həzrət Əli (ə) ilə Xanım Zəhranın (s.ə) mübarək izdivac günü münasibətilə təşkil olunub.
Tədbir ilahiyyatçı Hacı Vidadi Qurbanovun Quran tilavəti ilə açılıb.
Seminarda BGMİ-nin şeyxi Hacı Faiq Nəbiyev, Azərbaycandan dəvət olunmuş ilahiyyatçı Mirhəmid Məmmədov və Dr. Kamran Məmmədov mövzu ilə bağlı çıxış ediblər.
Məruzəçilər İslamda ailə modeli, Həzrət Əli (ə) ilə Xanım Zəhranın (s.ə) nümunəvi ailə həyatı və bu ailənin müsəlmanlar üçün əxlaqi və mənəvi örnək olması barədə geniş məlumat veriblər. Həmçinin ailədə qarşıya çıxan problemlər, psixoloji narahatlıqlar və onların İslam təlimləri əsasında həlli yolları seminarın əsas müzakirə mövzularından olub.
Tbilisidə “İslamda Ailə Münasibətləri” mövzusunda elmi seminar keçirilib